x

Bizimlə əlaqə

15

İldən Artıq Təcrübə

Biz kimik?

Haqqımızda

Gülşən Dikmen Azərbaycan Tibb Universitetinin müalicə fakültəsində təhsil almışdır. 2008-ci ildə Akademik Zərifə Əliyeva adına E.T. Göz Xəstəlikləri İnstitutunda həkim-interna kimi təcrübə keçmişdir. Daha sonra Türkiyənin İzmir şəhərində oftalmoloq-assistent kimi çalışıb. 2012-2015-ci illərdə Hindistanda okuloplastik cərrahiyyə, müxtəlif göz xəstəliklərinin müalicəsini həyata keçirmişdir. O, Türkiyənin Adana şəhərində yerləşən Sevgi Göz xəstəxanasında Excimer Lazer göz əməliyyatlarını uğurla həyata keçirib. Əsasən Türkiyədə və Hindistanda ixtisaslaşan, 15 ildən artıq təcrübəyə malik olan oftalmoloq-cərrah Gülşən Dikmen hal-hazırda Badam Medical Center, Nur Göz Mərkəzində çalışır.

Missiyamız

  • Pasiyent komfortu
  • Effektiv müalicə
  • Uğurlu nəticə

Vizyonumuz

  • Sağlam gözlər
  • Məmnun pasiyentlər
Xidmətlərimiz

Xidmətlər

  • Femtosaniyə Lazer

  • Retina xəstəlikləri

  • Çəpgözlük əməliyyatı

  • Kataraktanın müalicəsi

  • Refraktiv cərrahiyyə

    • Femtosaniyə Lazer

    • Retina xəstəlikləri

    • Çəpgözlük əməliyyatı

    • Kataraktanın müalicəsi

    • Refraktiv cərrahiyyə

    Femtosaniyə Lazer

    Femtosaniyə Lazer ən təhlükəsiz və risksiz lazer göz əməliyyatı metodu hesab olunur. Əməliyyat sayəsində yaxşı görmək üçün eynək və linza istifadəsinə gərək qalmır. Femtosaniyə Lazer əməliyyatı bir neçə dəqiqə ərzində uğurla icra olunur. 


    Tamamilə kompüter texnologiyası nəzarəti altında olan bu sistem göz əməliyyatını risksiz, bıçaqsız və təmassız şəkildə həyata keçirir. Pasiyentin fərdi xüsusiyyətləri və müayinə nəticələri sistemə daxil olduğundan bu metodla həyata keçirilən lazer əməliyyatı müasir dövrün ən uğurlu göz lazer əməliyyatıdır.

    Retina xəstəlikləri

    diabet və yüksək təzyiqi olan insanlarda rast gəlinən göz xəstəlikləri
    sarı nöqtə xəstəliyi 
    retina yırtılması
    retina dekolmanı
    gözə yad cismin daxil olması və s. narahatlıqlar aiddir. 

    Göz sinirləri yenilənmədiyi üçün retinada yaranan hər hansı problemin geri dönüşü yoxdur. Bu səbəbdən retina xəstəliklərinin erkən diaqnozu olduqca əhəmiyyətlidir.

    Çəpgözlük əməliyyatı

    Çəpgözlük əsasən, uşaqlarda rast gəlinən və geniş yayılmış oftalmoloji patologiyadır.

    Çəpgözlük estetik problem olmaqla yanaşı, gözlərin normal fəaliyyətinə də mənfi təsir göstərir. Belə ki, dəqiq görmə get-gedə pozulur və pasiyentin sterioskopik görmə qabiliyyəti itir.  
    Çəpgözlük anadangəlmə və qazanılma səbəblərdən yarana bilər. Hər iki ehtimalda uşaqdan böyüyə bütün insanlarda ağır kompleks yaradan bir göz xəstəliyidir.

     

    Kataraktanın müalicəsi

    Katarakta – göz bülluru şəffaflığının pozulması deməkdir və yaşı 55-dən yuxarı olan insanlar arasında ən geniş yayılmış göz xəstəliyidir. Ümumiyyətlə, hər bir insan üçün qocalıqda katarakta xəstəliyi riski var.

    Katarakta anadangəlmə bir xəstəlik kimi də görülə bilir. Bu zaman başlıca məsələ kataraktanın erkən diaqnozlaşdırılmasıdır.

    Refraktiv cərrahiyyə

    Refraktiv cərrahiyyə refraktiv qüsurların - miopiya, astiqmatizm, hipermetropiya kimi göz xəstəliklərinin müalicə metodu kimi tətbiq olunur.

    Refraktiv cərrahiyyə ilə buynuz qişa əyriliyi düzəldilir.

    Bu cərrahi prosedurlar kompleksi müxtəlif göz xəstəliklərinin müalicəsində ən müasir üsulları əhatə edir. Bu cərrahi prosedur əsasənn 18 yaşını keçmiş şəxslərə tətbiq edilir.

    Biz necə işləyirik

    Biz necə işləyirik?

    01

    Peşəkar həkim müayinəsi

    Göz ən həssas orqanlarından biri olduğundan son dərəcə peşəkar və təcrübəli oftalmoloq tərəfindən xüsusi yanaşma tələb edir.

    02

    Dəqiq diaqnoz

    Göz xəstəliklərinin erkən mərhələdə və ən doğru şəkildə aşkarlanması pasiyentin görmə qabiliyyətinin itirilməsinin qarşısını alır.

    03

    Fərdi yanaşma ilə müalicə

    Hər bir fərdin bioloji xüsusiyyətlərinə uyğun hazırlanan və effektiv nəticə verən müalicə planı

    0 +

    İllik Təcrübə

    0 +

    Xidmət Növü

    0 +

    Məmnun Pasiyent

    0 +

    Elmi Məqalə

    Tez-tez soruşulan
    suallar

    • Göz infeksiyaları yoluxucudur?

      Bəli, göz infeksiyaları insandan insana keçə bilir. Buna görə də çirkli əlləri gözə toxundurmaq və ya infeksiya olan insanlarla yaxın təmasda olmaq olmaz.

    • Körpə uşaqlarda göz zəifliyini necə hiss etmək olar?

      Təəssüf ki, bunu valideynlər dəqiq anlaya bilmirlər. Yeni doğulmuş uşaqların 6-cı ayından artıq göz müayinələrinə aparmaq lazımdır.

    • Gözlərdə tez-tez olan yanma və qaşıntı nəyin əlamətidir?

      Bu, allergik reaksiyalar da daxil olmaqla, bir çox göz xəstəliyinin əlaməti ola bilər.

    Rəylər

    Pasiyent rəyləri

    Konsultasiya

    Əlaqə

    Məsləhətə ehtiyacın var? Görüşə yazıl

    Məqalələr

    Bloqlar

    Katarakta, mirvari suyu adlanan xəstəlik

    El arasında katarakta xəstəliyinə "mirvari suyu" …

    Göz çəpliyinin səbəbi, çəpgözlük

    Bunu sadə dildə izah etsək, çəpgözlüyə iki göz ar…

    Uşaqlarda göz xəstəlikləri

    Demək olar ki, göz xəstəliklərinin əksəriyyəti ge…

    İş Saatları

    • Bazar ertəsi - Cümə: 09:00 - 18:00
    • Şənbə: 10:00-17:00