Gülşən Dikmen Azərbaycan Tibb Universitetinin müalicə fakültəsində təhsil almışdır. 2008-ci ildə Akademik Zərifə Əliyeva adına E.T. Göz Xəstəlikləri İnstitutunda həkim-interna kimi təcrübə keçmişdir. Daha sonra Türkiyənin İzmir şəhərində oftalmoloq-assistent kimi çalışıb. 2012-2015-ci illərdə Hindistanda okuloplastik cərrahiyyə, müxtəlif göz xəstəliklərinin müalicəsini həyata keçirmişdir. O, Türkiyənin Adana şəhərində yerləşən Sevgi Göz xəstəxanasında Excimer Lazer göz əməliyyatlarını uğurla həyata keçirib. Əsasən Türkiyədə və Hindistanda ixtisaslaşan, 15 ildən artıq təcrübəyə malik olan oftalmoloq-cərrah Gülşən Dikmen hal-hazırda Badam Medical Center, Nur Göz Mərkəzində çalışır.
Göz ən həssas orqanlarından biri olduğundan son dərəcə peşəkar və təcrübəli oftalmoloq tərəfindən xüsusi yanaşma tələb edir.
Göz xəstəliklərinin erkən mərhələdə və ən doğru şəkildə aşkarlanması pasiyentin görmə qabiliyyətinin itirilməsinin qarşısını alır.
Hər bir fərdin bioloji xüsusiyyətlərinə uyğun hazırlanan və effektiv nəticə verən müalicə planı