Təbii olaraq, insan gözündə meydana gələn hər hansı problem rahat həyat fəaliyyətini məhdudlaşdırır. Çünki bu zaman görə bildiklərimiz də məhdudlaşır. Goz cepliyi – cepgozluk kimi göz narahatlıqları fiziki görünüş baxımından da pasiyentləri narahat etməkdədir.
Çəpgözlük nəyə deyilir?
Bunu sadə dildə izah etsək, çəpgözlüyə iki göz arasında olan uyğunsuzluq deyə bilərik. Belə ki, sağlam gözlər bir-birinə uyğun, paralel şəkildə görünür və göz hərəkəti də buna uyğunlaşır. Çəpgözlük olan insanlar da isə gözlərin biri düz baxarkən digəri aşağıya, yuxarıya və s. baxmış olur. Bəzən daha ağır simptomları olanlarda gözlərin hər ikisində bunu müşahidə edə bilirik.
Çəpgözlük uşaqlıqda özünü göstərən və müdaxilə edilmədikdə qalıcı ola bilən bir göz xəstəliyidir.
Cepgozluk elametleri
Bunu, əslində, üzdəki görünüşdən, gözlərin hərəkətindən nisbətən sezə bilərsiniz. Amma təbii ki, mütəxəssis həkim sizin görə bilmədiyiniz ən sadə çəpgözlük əlamətlərini aşkar edəcəkdir. Məhz buna görə uşaq yaşlarından mütəmadi göz müayinələri olduqca vacibdir.
Cepgozluk olan insanlarda görülən bir sıra problemlər:
Gözlərdə sulanma
Baş və göz ağrıları
İkili görmə
Bulanıq görmə
Baş və gözü bir tərəfə çevirərək baxma
Tam və rahat şəkildə bir çox bucaqdan görə bilməmək
Çəpgözlük niyə yaranır?
Çəpgözlük hansı səbəbdən yaranır? Cepgozluyun sebebleri nelerdir? Gözün aşağı, yuxarı, sağa və sola hərəkət etməsində rol oynayan əzələ qrupunun bir və ya bir neçəsində qüvvətin azalması və ya artması nəticəsində bu əzələlər arasında uyğunsuzluq ortaya çıxmış olur. Bu da çəpgözlüyə səbəb olan problemlərdəndir. Bundan başqa:
Genetik faktorlar
Beyin iflici
Daun sindromu
Uşaqlıq dövründə keçirilən bəzi xəstəliklər, travmalar və ya zədələr
Beyin şişləri və s.
Cepgozluk sebeblerinden hesab olunur.
Çəpgözlüyün müalicəsi
Müasir dövrümüzdə çəpgözlüyün müalicəsi üçün müdaxilə üsulları imkan verir ki, illər əvvəl tibbin imkanlarından yararlana bilməyən insanlardan fərqli olaraq kimi bu günün uşaqları komplekssiz həyat sürsünlər.
Çəpgözlük problemindən dolayı müraciət edən və tam uğurlu əməliyyat ilə sağlam və rahat görməsinə qovuşdurduğum yüzlərlə pasiyentim var. Çox xoşbəxtəm ki, onlar həm fiziki görünüşlərindən məmnun qalırlar, həm də rahat görməkdən zövq alaraq evlərinə qayıdırlar.