Demək olar ki, göz xəstəliklərinin əksəriyyəti genetikdir. Uşaqlarda da anadangəlmə göz zəifliyi – göz xəstəlikləri bundan qaynaqlanır. Bundan əlavə, uşaqlarda ən geniş yayılan göz zəifliklərindən birinin miopiya olduğunu qeyd edə bilərik. Bunun isə müxtəlif səbəbləri var. Çünki müasir dövrün uşaqları, gəncləri, eləcə də böyüklər internetsiz – telefon, kompüter və planşetsiz nə işlərini rahat şəkildə görə bilirlər, nə də boş vaxtlarını bu əşyalar olmadan keçirə bilirlər.
Usaqlarda miopiya. Körpələr isə telefon və planşetdə oyun oynamağı sevirlər və onlarda miopiya (uzağı görmənin zəifləməsi, uzağı görə bilməmək) inkişaf edir. Onlar artıq məsafə artdıqca mövcud olan əşyaları bulanıq görməyə başlayır. İndi demək olar ki, hər körpədə miopiyanın yaranması riski var.
Erken dogulmus usaqlarda goz xesteliyi
Erkən doğulmuş korpelerde müəyyən göz xəstəlikləri riski var. Belə ki, yarımçıq doğulmuş uşaqlarda retinopatiya adlandırılan göz xəstəliyi mövcud ola bilir. Retinopatiya – torlu qişa xəstəliyidir. Retinopatiya aşağıdakı səbəblərdən yarana bilər:
damarların normal inkişafının dayanması,
patoloji damarların inkişafı,
fibroz toxumanın əmələ gəlməsi
Doğuş yollarında infeksiya (anada, hamiləlik müddətində və ya hamiləliyə qədərki dövrdə və s.) olduğu zaman və ya ana cinsi infeksiyaya yoluxubsa, körpənin göz xəstəliyi ilə doğulma riski var. Körpənin gözündə tez-tez çirklənmə, qızarıqlıq, qaşıntı varsa, nəzərə alın ki, bu göz infeksiyanın və ya hər hansı göz xəstəliyinin əlaməti ola bilər. Eyni zamanda göz yaşı burun kanalı tıxanıqlığı probleminin olması da uşaqlarda göz çirklənməsinə gətirib çıxarır.
Məhz buna görə körpələrin və uşaqların davamlı göz müayinəsinə gətirilməsi vacibdir, çünki uşaqlar gözlərində olan hər hansı narahatlığı tam müəyyən edə bilmirlər və ya dilə gətirməkdən çəkinirlər.