Artıq demək olar ki, dünya əhalisinin yarısı uzağı görə bilməmək problemindən – miopiyadan əziyyət çəkir. Miopiya niye yaranir? Gözlərində miopiya olan insanlar yaxınlıqdakı əşyaları və insanları, ətraf mühiti çox yaxşı görə bilsələr də, bu cisimlər uzaqlaşdıqca bulanıq görürlər və ya çoz zəif görürlər. (Təbii ki, məsafənin artması görməni daha da çətinləşdirir). Qısaca, miopoya uzagi gore bilmemekdir.
Uzagi gore bilmemek, miopiya niye olur?
Göz oxunun normadan uzun olması, genetika amili, uzunmüddətli yaxına baxmaq (telefona baxmaq, kitab çox oxumaq və s.) və digər faktorlar miopiya yaradan esas sebeblerdendir. Ən çox məktəbyaşlı uşaqlarda özünü göstərir.
Miopiyanın əlamətləri:
televizora, hətta bəzən 30sm-dən artıq məsafəyə gözləri qıyaraq baxma (bu, zamanla baş ağrısına da səbəb ola bilir)
maşın sürərkən yolu görməkdə çətinlik çəkmə (xüsusilə də gecələr)
nisbətən uzaqda – digər insanların rahatlıqla görə bildiyi yazıları, işarələri, şəkilləri və s. bulanıq görmək
arada bir hiss olunan göz ağrıları
Uşaqlarda miopiya
Usaqlarda miopiya elametlerini nece mueyyenlesdirmek olar? Uşaqlar, əslində, gözlərinin zəiflədiklərini hiss etmirlər. Ya da hiss etdikləri təqdirdə valideynlərinə bunu dilə gətirməyə çəkinir və ya qorxurlar. Bəs uşaqlarda miopiya olduğunu necə aşkar edə bilərsiniz? – Təbii ki, bunu dəqiqləşdirmək üçün oftalmoloq həkim müayinəsi vacibdir. Lakin aşağıdakı əlamətləri oxuyaraq da məlumatlana və övladınızın göz sağlamlığını qorumaq üçün tez addım ata bilərsiniz.
Belə uşaqlar daima televizorun ən yaxınında əyləşir, uzaqdan TV-yə baxmaq istəmirlər
Tez-tez gözlərini qırpırlar
Gözlərini ovuşdurmaq vərdişindən imtina etmirlər
Uzaqda mövcud olan əşyaların fərqində olmadan hərəkət edirlər və s.
Miopiyanın qarsisini nece almaq olar?
Miopiyanın qarşısını almaq mümkündürmü? Əvvəlcə, müayinə olunaraq göz sağlamlığınızın hansı dərəcədə olmasından əmin olmağınızda fayda var.
Miopiyanın qarşısını almaq indiki zamanda hər kəs üçün əziyyətli bir prosesdir. Çünki demək olar ki, hamımız texnologiyanın köməyi olmadan çalışa bilmirik.
Ona görə də gün ərzində daim ekran qarşısında olan insanlar üçün bir neçə kiçik tövsiyəm var:
Kompüter, telefon və s.- baxdığınız zaman hər 20 dəqiqədən bir gözlərinizi uzaq məsafəyə dikərək baxın və gözlərinizi qırpın.
Belə zamanlarda gözlərinizi istirahıət etdirmək üçün hər iki əlinizi gözlərinizə tutaraq (bu zaman heç işıq görməməlisiniz, əllərinizi tam tutmalısınız) 20 saniyə ərzində gözləyin, daha sonra gözlərinizi açın. Bunu kitab oxuyarkən də gözlərinizə tətbiq edə bilərsiniz.
Yuxu rejiminizin tam olması gözlərinizin yorğunluğunu aradan qaldıracaq.
Zərərli şüaları olan əşyaları istifadə etdikdə ən azı 30 sm məsafə saxlamalısınız.
Əgər artıq sizdə miopiya aşkarlanıbsa, narahat olmayın. Eynək şüşələrini, linzaları tez-tez dəyişdirmək məcburiyyətində deyilsiniz və ya zəif görən gözlərlə yaşamaq. Miopiya artıq en son lazer texnologiyaları aradan qalxa bilən adi bir problemə çevrilib. Miopiyanın müalicəsi məhz bu səbəbdən mümkündür.