Femtosaniyə Lazer ən təhlükəsiz və risksiz lazer göz əməliyyatı metodu hesab olunur. Əməliyyat sayəsində yaxşı görmək üçün eynək və linza istifadəsinə gərək qalmır. Femtosaniyə Lazer əməliyyatı bir neçə dəqiqə ərzində uğurla icra olunur.
Tamamilə kompüter texnologiyası nəzarəti altında olan bu sistem göz əməliyyatını risksiz, bıçaqsız və təmassız şəkildə həyata keçirir. Pasiyentin fərdi xüsusiyyətləri və müayinə nəticələri sistemə daxil olduğundan bu metodla həyata keçirilən lazer əməliyyatı müasir dövrün ən uğurlu göz lazer əməliyyatıdır.